Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər - Özü AÇIQLADI

Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər - Özü AÇIQLADI

Hazırda oxunan: Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər - Özü AÇIQLADI
229745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər naziri vəzifəsindən getdikdən sonra müxtəlif sektorlardan iş təklifləri gəlmişdi. Amma o təkliflər mənim üçün o qədər də maraqlı deyildi. 

Bizim.Media xəbər verir ki, bunu “teleqraf.com”a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

“Özəl sektor mənimlə daha çox maraqlanırdı. Mən onların təkliflərini qəbul etmədim, yəni bu məsələ alınmadı. İndi o mövzuya qayıtmaq gülməli çıxar”, - deyə o qeyd edib. 

Sabiq nazir Polad Bülbüloğlundan sonra Rusiyaya səfir göndəriləcəyi məsələsinə də aydınlıq gətirib: 
 

"Belə bir məsələ qalxmışdı, amma sonra alınmadı. Başqa ölkəyə səfir göndərmək kimi təkliflər və təşəbbüslər də olub. Düzdür, bu məsələ qaldırılsa da, sonra öz həllini tapmadı. Hansı ölkəyə səfir göndərmək istəyirdilər, onu deməyəcəm”. 


Qeyd edək ki, 1960-cı ildə Bakıda anadan olan Elmar Məmmədyarov 2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olub. 2004-cü ildən 2020-ci ilədək Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO