Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb

Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb

Hazırda oxunan: Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb
228108
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misir ötən ilin yanvar-noyabr aylarında 5 milyard dollardan çox maşınqayırma sənayesi məhsulları ixrac edib. Bu, ölkənin eyni sənaye məhsulları ixracı tarixində rekord rəqəmdir.

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, ötən ilin 11 ayı ərzində bu sənaye məhsullarının ixracı 5,1 milyard ABŞ dollarına bərabər olub.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artım deməkdir. 2023-cü ildə bu növ sənaye ixracının həcmi 4,2 milyard dollar təşkil edib.

Məlumata görə, təkcə ötən ilin noyabrında ixrac 451 milyon təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəriciləri ilə (401 milyon dollar) müqayisədə 12,5 faiz artım deməkdir.
 

Məlumatda bildirilir ki, ötən ilin 11 ayı ərzində bu məhsulların ixracatında artım qeydə alınıb: kabel məhsulları (32.7), elektrik cihazları (6.1%), avtomobil hissələri (15.5%), məişət texnikası (4.6%), elektrik və elektronika sənayesi məhsulları (6.4%), nəqliyyat vasitələri (92.4%).


Bu məhsulların ixracatında əsas yeri Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Sloveniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Oman, Azərbaycan, Qətər, Liviya, Əlcəzair, Mərakeş, Tunis, Keniya, Nigeriya, Qana tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO