Məktəbdənkənar təhsil müəssisələrinə qəbul vaxtı açıqlandı

Məktəbdənkənar təhsil müəssisələrinə qəbul vaxtı açıqlandı

Hazırda oxunan: Məktəbdənkənar təhsil müəssisələrinə qəbul vaxtı açıqlandı
222485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-də saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start veriləcək.
 

"İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək", - deyə bildirilib.

Qeyd edilib ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək. Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO