Azərbaycanda vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb

Hazırda oxunan: Azərbaycanda vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb
220922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il noyabrın 1-nə Azərbaycanda 1 583 592 vergi ödəyicisi olub.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 5,6 % çoxdur.
 

Vergi ödəyicilərinin 87,1 %-i fiziki şəxslər, 12,9 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 5,4 %, hüquqi şəxslərin sayı isə 7,3 % artıb.


Oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 187 674 vahid təşkil edib və bu, 1 il əvvələ nisbətən 8 % çoxdur.

Təkcə bu ilin yanvar-oktyabr aylarında 11.670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalıdır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 %-i elektron qaydada, 17,2 6%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Kommersiya qurumlarının 9 658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7 841-i "ASAN İmza", 1 783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.

Noyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 399 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.

Son 1 ildə aktiv kommersiya qurumlarının sayı isə 10,8 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO