Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanıldı

Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanıldı

Hazırda oxunan: Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanıldı
219452
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərpoçt” MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.

MMC-dən Bizim.Media-ya bildirilib ki, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.
 

Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.


“Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO