Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO

Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO

Hazırda oxunan: Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO
207124
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.

Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.

Əhalinin diqqətinə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.

“Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, - Xidmət vətəndaşlara müraciətində bildirib.



Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO - foto 1
Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO - foto 2
Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO - foto 3
Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO