Soltan Məmmədov Mərdəkanın ağsaqqaları ilə görüşdü - FOTO

Soltan Məmmədov Mərdəkanın ağsaqqaları ilə görüşdü - FOTO

Hazırda oxunan: Soltan Məmmədov Mərdəkanın ağsaqqaları ilə görüşdü - FOTO
207065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsində bitərəf namizəd Soltan Məmmədov Mərdəkan qəsəbəsinin ağsaqqalları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə deputatlığa namizəd qəsəbədə görülməsi vacib olan işlər barəsində məlumat alıb.

Xüsusilə də gənclər arasında sağlam həyat tərzinin təbliği, boş vaxtlarının səmərəli keçirilməsi üçün imkanların genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, sosial məsələlərlə bağlı böyüklərin fikirlərini eşidib. Səslənən təklif və çıxışlara münasibət bildirib, seçki platformasında əks olunan əsas məqamlardan söz açıb.

“Xəzər rayonu, Mərdəkan qəsəbəsi, onun əhalisinin istək və arzuları bizə tanış və doğmadır. Lakin ağsaqqallarımızla keçiridiyimiz bu görüş, onların komandamıza dəstək və yardımlarını təklif etməsi bizim üçün çox dəyərlidir. Mərdəkanda seçicilərimizlə görüşməyə, onların maraqlı təklif və tövsiyyələrini dinləməyə davam edirik”, - S.Məmmədov vurğulayıb.

Qeyd edək ki, Soltan Məmmədov 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləyib.

2005-2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olub.

2015-2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışıb.

O, Milli Məclisin 14 saylı Xəzər seçki dairəsi üzrə VI çağırış deputatı olub. Texnika üzrə fəlsəfə doktorudur.

S.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Soltan Məmmədov Mərdəkanın ağsaqqaları ilə görüşdü - FOTO - foto 1
Soltan Məmmədov Mərdəkanın ağsaqqaları ilə görüşdü - FOTO - foto 2
Soltan Məmmədov Mərdəkanın ağsaqqaları ilə görüşdü - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO