Prezidentin Astanaya səfəri Qazaxıstan mətbuatında

Prezidentin Astanaya səfəri Qazaxıstan mətbuatında

Hazırda oxunan: Prezidentin Astanaya səfəri Qazaxıstan mətbuatında
205944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və onun Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Qazaxıstan mətbuatının diqqət mərkəzində idi.

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, TengriNews.kz, Kapital.kz, InformBuro.kz, Kaztag.kz, Zakon.kz nəşrlərinin dərc etdiyi materiallarda deyilirdi ki, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər ticarət-iqtisadi və mədəni-humanitar qarşılıqlı fəaliyyətin bütün spektri üzrə inkişaf edir.

Qazaxıstan Respublikası hökumətinin məlumatlarına əsasən, ötən ilin yekunlarına görə Qazaxıstan və Azərbaycan arasında mal dövriyyəsi 14,3 faiz artaraq, 529,4 milyon dollar, cari ilin yanvar-iyun aylarında isə 280,6 milyon dollar təşkil edib.

Qazaxıstan mətbuatı qeyd edib ki, hökumətlər tərəfindən neft və qaz, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar və kosmik sənaye sahəsində birgə layihələr həyata keçirilir.

Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı və çıxışı barədə məlumat təqdim edib, Azərbaycan Prezidentinə СОР29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzu edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən sitatlar gətirib.

“Kazinform” Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündəki çıxışını yayıb. Agentlik bildirib ki, dövlət başçısı dünyada artan təhdid və çağırışların ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi zərurəti yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO