Şengen vizası bahalaşır

Şengen vizası bahalaşır

Hazırda oxunan: Şengen vizası bahalaşır

193244

Şengen vizası iyunun 11-dən bahalaşacaq. Böyüklər üçün qiymət 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün isə 45 avro (83,1 manat) olacaq. Qiymət artımı bütün dünyada turistlərə təsir edəcək.

Bizim.Media bfm.ru saytına istinadən xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini inflyasiya səbəbindən 12% artırmaq qərarına gəlib.

Avropa Komissiyası hesab edir ki, Şengen zonası üçün viza rüsumları hələ də nisbətən aşağıdır. Məsələn, ABŞ-a viza 185 avro (341,7 manat) və ya 172 avro (317,7 manat), Böyük Britaniyaya isə 115 funt sterlinqdir (248,3 manat).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO