Bakıda sürət yarışı keçirən sürücülər saxlanıldı – VİDEO  

Bakıda sürət yarışı keçirən sürücülər saxlanıldı – VİDEO  

Hazırda oxunan: Bakıda sürət yarışı keçirən sürücülər saxlanıldı – VİDEO  
192149
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb. 

Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO