Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO

Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO

Hazırda oxunan: Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO
192077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən axşamdan leysanla müşayiət olunan yağışlar Qəbələnin Həzrə və Bunut kəndlərində sakinlərin təsərrüfatlarına ciddi ziyan vurub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd bələdiyyə sədri Eldəniz İsayev məlumat verib.

Bildirilib ki, artıq bir neçə gündür əraziyə yağan yağışlar ötən gecədən başlayaraq intensivləşib və leysan xarakterli olub. Nəticədə kəndin infrasturukturuna və fərdi təsərrüfatlara ziyan dəyib.

Gecə saatlarından etibarən yerli qurumlar hadisə barədə rayon fövqəladə hallar komissiyasına məlumat verib, hadisənin miqyası izah olunub. Səhər saatlarından sel-suların qarşısını almaq üçün kəndə maşın və texnikalar göndərilib.  

İlk növbədə sel-suların daha çox keçdiyi yerlər texnikaların vasitəsi ilə təmizlənib, təhlükəli yerlərə qum tökülüb. Eyni zamanda kəndin daxilindən axan çayın bəzi yerləri qumdan təmizlənib. Bu saatlarda da rayonun müvafiq idarələrinin maşın və texnikaları fəsadların aradan qaldırılmasında iştirak edir.

Qeyd edilib ki, kənddə bir neçə evin zirzəmisinə, tövlələrə eləcə də həyətlərə lilli su dolub. Sakinlərin zirzəmilərdəki qida ehtiyatı, mal-qaranın otu tələf olub. 

Bostan-tərəvəz məhsulları da lil altında qalıb.

Yağşlar ara verən kimi kəndin daxilində eləcə də həyətlərdə təmizləmə işlərinə başlayacaqlarını bildirən bələdiyyə sədri onu da əlavə edib ki, kənddə sel təhlükəsi aradan qaldırılıb.

Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO - foto 1
Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO - foto 2
Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO - foto 3
Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO - foto 4
Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO - foto 5
Güclü leysan yağışları Qəbələdə fəsadlar TÖRƏTDİ - FOTO - foto 6

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO