Tiflisdə etirazlar qızışır: HƏBS EDİLƏNLƏR VAR - VİDEO

Tiflisdə etirazlar qızışır: HƏBS EDİLƏNLƏR VAR - VİDEO

Hazırda oxunan: Tiflisdə etirazlar qızışır: HƏBS EDİLƏNLƏR VAR - VİDEO
191770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tiflisdə etirazçılar səhər saatlarında deputatların parlament binasına daxil olmasına və xarici agentlər haqqında qanunun qəbuluna mane olmaq üçün bütün gecəni yatmayıblar. Lakin xalq deputatların qarşısını ala bilməyib.

Bizim.Media xəbər verir ki,  Gürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 

Nəticədə Tiflisin küçələrində vəziyyət gərginləşib, həbs edilənlərin olduğu deyilir. Bu barədə görüntülər gürcülərə məxsus Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, aksiyada Adamiya adlı Moldova vətəndaşı saxlanılıb. Faktı Gürcüstanın “İmedi” telekanalı təsdiq edib.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri Adamiyanı aksiyaların təşkilatçılarından biri hesab edir. İlkin məlumata görə, moldovalı polis əməkdaşını təhqir edib və ona bibər qazı ilə hücum edib.
Adamiya ilə birlikdə bir neçə nəfər də polis şöbələrinə aparılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO