Masallıda yaşayış evində yanğın: Xəsarət alan var

Masallıda yaşayış evində yanğın: Xəsarət alan var

Hazırda oxunan: Masallıda yaşayış evində yanğın: Xəsarət alan var
183000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var.

Bizim.Media xəbər verir ki, yanğın hadisəsi Masallı şəhərində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb.

Belə ki, yanğın zamanı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 m² sahədə qarsalanıb.

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü Müşfiq Səfərov yanıq xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO