Paşinyanın daha bir hiyləgərliyi üzə çıxdı - HƏDƏF SİMONYANDIR

Paşinyanın daha bir hiyləgərliyi üzə çıxdı - HƏDƏF SİMONYANDIR

Hazırda oxunan: Paşinyanın daha bir hiyləgərliyi üzə çıxdı - HƏDƏF SİMONYANDIR

180398

“Alen Simonyanla Nikol Paşinyan arasında münasibətlər sanki yaxşılaşıb. Parlament sədrinin qardaşının həyat yoldaşı ilə bağlı cinayət işinin hekayəsindən sonra hakim partiya üzvləri bildiriblər ki, Simonyan sanki özünü komandadan təcrid edib, partiyanın tədbirlərində iştirak etmir və Nikol Paşinyanın rəhbərlik etdiyi bir sıra iclaslara gəlmir. Ancaq o, dünən keçirilən qapalı iclasda iştirak edib, hətta zarafatından da geri qalmayıb".

Bizim.Media xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb.

"Məlum əhvalatdan sonra Paşinyan dəfələrlə Simonyanı inandırmağa çalışıb ki, ona qarşı qəsdən heç nə edilməyib. Hələ də onu sevir və hörmət edir, Karamyanın hərəkətləri ona qarşı olmayıb. Lakin bəlli olub ki, hakim partiyanın üzvləri onun sadəlövhlüyünə gülüblər və Paşinyanın hiyləgərliyinə təəccübləniblər", deyə mənbə qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO