
- A-
- A
- A+
Masallıda zəncirvari QƏZA - 4 nəfər xəsarət ALIB
Masallı rayonunda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Boradigah qəsəbəsində qeyda alınan hadisədə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hyundai", 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.
Nəticə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - "Hyundai" və "Mercedes"in sürücüləri, eləcə də sərnişinlər - Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nirulayev və Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































