Gömrük-sərhəd postunda 165 TIR GÖZLƏYİR - AYNA

Gömrük-sərhəd postunda 165 TIR GÖZLƏYİR - AYNA

Hazırda oxunan: Gömrük-sərhəd postunda 165 TIR GÖZLƏYİR - AYNA

171761

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 60 yük maşını gözləyir.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 15, “Samur” gömrük postunda 50 və “Xanoba” gömrük postunda 5 yük maşını var.
“AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcılarınməlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO