Şuşa rayonunun bəzi kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 24.11.2023
Şuşanın bu kəndləri Xocalı rayonunun tərkibinə VERİLİR
Hazırda oxunan: Şuşanın bu kəndləri Xocalı rayonunun tərkibinə VERİLİR
Hazırda oxunan: Şuşanın bu kəndləri Xocalı rayonunun tərkibinə VERİLİR
165898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.