Neft və qaz idxalında ƏDV LƏĞV OLUNUR – Hansı yeniliklər OLACAQ? 

Neft və qaz idxalında ƏDV LƏĞV OLUNUR – Hansı yeniliklər OLACAQ? 

Hazırda oxunan: Neft və qaz idxalında ƏDV LƏĞV OLUNUR – Hansı yeniliklər OLACAQ? 
164658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi 2024-cü ilin 1 yanvarından Azərbaycana idxal ediləcək neft və qaza tətbiq edilən ƏDV ləğv olunacaq.

Neft-qaz istehsalçısı olan bir ölkədə belə bir qərarın qəbul edilməsi nəyi dəyişəcək?

Suala Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu qərar bir başa idxal olunan neftə aid deyil:

“Bu daha çox svap əməliyyatları zamanı neft və qazın idxal və ixrac əməliyyatları zamanı ƏDV-nin “0”-a endirilməsi deməkdir. Bizim hazırda Rusiyadan neftin alınması ilə bağlı svap əməliyyatları var. Eyni zamanda, Türkmənistandan qazın idxalı ilə bağlı svap əməliyyatı var. Bu əməliyyatlarda hər dəfə əlavə vəsaiti alıb, sonra qaytarmaq məsələsi olmasın deyə bunu hökümətimiz sadələşdirib. Və nəticə etibarı ilə bu qayda tətbiq ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO