ANAMA-dan vətəndaşlara növbəti MÜRACİƏT  

ANAMA-dan vətəndaşlara növbəti MÜRACİƏT  

Hazırda oxunan: ANAMA-dan vətəndaşlara növbəti MÜRACİƏT  

161557

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib. 

Bu barədə Agentlikdən Bizim.Media-ya daxil olan məlumatda qeyd edilib. 

"ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb. 
Xatırladaq ki, oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb. 

Aldığı xəsarətlər nəticəsində onun sağ qolu amputasiya edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO