Birinci sinfə gedən uşaqların sayı niyə ilbəil AZALIR? – Ekspertdən ÇÖZÜM 

Birinci sinfə gedən uşaqların sayı niyə ilbəil AZALIR? – Ekspertdən ÇÖZÜM 

Hazırda oxunan: Birinci sinfə gedən uşaqların sayı niyə ilbəil AZALIR? – Ekspertdən ÇÖZÜM 

155332

Birinci sinfə gedən uşaqların sayı ilbəil azalır. Məlumatlara görə bu il, 2023-2024-cü tədris ilində 135 min uşaq 1-ci sinfə gedib. Halbuki bu rəqəm 2022-2023-cü tədris ilində 152 000, ondan əvvəl – 2019-2020- ci tədris ilində isə 159 644 olub.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi azalmanı müəyyən səbəblərlə əlaqələndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bilik günündə YAŞANANLAR – FOTOREPORTAJ  


O, deyib ki, dövlət bu istiqamətdə təcili addımlar atmalıdır:

“Başlıca səbəb ailələrin bir və ya bəzən ikidən artıq uşaq istəməməsidir. Bu məsələ sosial durumun, mümkün dolanışığın aşağı olması və digər faktorlarla əlaqədardır. Digər səbəb son vaxtlar durmadan boşanmaların sayının artmasıdır. Təbii ki, boşanmalar da uşaqların sayının azalmasına təsir göstərən əsas faktorlardan biridir. Başqa bir səbəb kimi sırf maddi imkansızlıq səbəbindən valideynlərin övladlarını təhsildən yayındırmaları halları dayanmır. Bundan əlavə, evlənmə yaşında olan gənclərin izdivaca girmək istəməmələri də bu məsələdə rol oynayır”. 

Ekspertin sözlərinə görə qarşıdakı dövr ərzində bu sayın tədricən azalmağa doğru getdiyini görəcəyik:

“Hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən müəyyən sosial layihələr həyata keçirilməli, həvəsləndirici addımlar atılmalıdır. Doğma yurd-yuvalarına köçürülən məcburi köçkünlərin evləri və yaşayış komplekslərindəki mənzillərini yeni ailə quran şəxslərə vermək lazımdır. Bu, da bir növ ailələrdə uşaqların sayının çoxalmasına stimul ola bilər və nəticə etibarilə biz qarşıdakı dövr ərzində artım görə bilərik. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Komitəsi, eləcə də bu işə maraqlı olan nazirliklər əməli addımlar atmalıdır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO