DİN-də püşkatma yolu ilə TƏYİNATLAR – FOTO 

DİN-də püşkatma yolu ilə TƏYİNATLAR – FOTO 

Hazırda oxunan: DİN-də püşkatma yolu ilə TƏYİNATLAR – FOTO 
146266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 14-də Daxili İşlər Nazirliyində Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar.

Dİn-dən Bizim.Media-ya verilən xəbərə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib, təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Püşkatma yolu keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin ərazi polis orqanlarına, Akademiyanı fərqlənmə diplomu ilə bitirən 4 məzun isə Nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib.

Daxili işlər naziri V.Eyvazov gənc zabitlərə xidməti intizam qaydalarına mütləq qaydada riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyətli və təmkinli olmalarını tövsiyə edib.

DİN-də püşkatma yolu ilə TƏYİNATLAR – FOTO  - foto 1
DİN-də püşkatma yolu ilə TƏYİNATLAR – FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO