"Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin" - Siyavuş Novruzov

Hazırda oxunan: "Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin" - Siyavuş Novruzov
144844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dünən keçirilən möhtəşəm tədbir Azərbaycanda sabitliyin göstəricisidir". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

Deputat bildirib ki, Fransada baş verənlərdən dərs götürüb Ermənistan bu gün sülh müqaviləsini imzalamalı, törətdiyi cinayətlərə görə Azərbaycandan üzr istəməlidir:

“Düşünürəm ki, Fransa bu sülh müqaviləsi məsələsinə qoşulubsa, Azərbaycanla və Ermənistan arasında sülh olmayacaq. Biz şərt qoymalıyıq ki, Fransa bu məsələdən uzaq dursun. Makron yuyulmamış çömçə kimi özünü ortaya soxur.

Vaxtilə Rəhim Qazıyev də belə idi. Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin.

Danışıqlar harada gedir, Makron özünü soxur ora. Bu gün ədalətli sülh üçün danışıqlar gedir, bir çox ölkələr bizi dəstəkləyir. Sülh müqaviləsinin imzalanmamasından ən çox zərər çəkən ermənilərdir. Ondan-bundan yardım alaraq yaşamaq olmaz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO