Paytaxt yollarında TIXAC VAR - 198 avtobus yenə GECİKİR

Paytaxt yollarında TIXAC VAR - 198 avtobus yenə GECİKİR

Hazırda oxunan: Paytaxt yollarında TIXAC VAR - 198 avtobus yenə GECİKİR

144756

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, hazırda paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 77 müntəzəm marşrut xətti üzrə 198 avtobusun hərəkət intervalında gecikmə var. 

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir: 

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə müşahidə olunur. 

2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-22 dəqiqə gecikmə var. 

3. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-25 dəqiqə gecikmə müşahidə olunur. 

4. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə qeydə alınır. 

5. Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-21 dəqiqə gecikmə müşahidə olunur. 

6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-25 dəqiqə gecikmə var. 

7. Xocalı prospekti - Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 14-22 dəqiqəyə gecikmə müşahidə olunur. 

8. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-20 dəqiqə gecikmə var. 

9. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-27 dəqiqə gecikmə müşahidə olunur. 

10. Mikayıl Useyinov küçəsindən Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq, digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127, 205 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə qeydə alınır. 

11. Şeyx Şamil, İstiqlaliyyət və Niyazi küçələrindən Azneft dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə müşahidə olunur. 

12. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospektindən Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə var. 

13. Xətai prospektindən keçən 11 və 199 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-23 dəqiqə gecikmə müşahidə olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO