Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan 4 uşaq təcridxanaya anaları ilə görüşməyə aparılıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə uşaqlar həbsxanada olan anaları ilə görüşəcək və 3 gün onlarla vaxt keçirəcəklər:
“Hazırda bizim sığınacaqda yaşayan 5 uşağımızın anası qadın təcridxanasındadır. Bu gün bu həbsxanaya analarını görmək üçün 4 uşaq gətirmişəm. Növbəti dəfə yenə uşaqlar gətirəcəyik. Elə uşaqlarımız var ki, onların anaları istintaq təcridxanasındadır. Orada uşaqların anaları ilə qalması mümkün olmur. Sadəcə uzaqdan görüş təşkil olunub”.
Alçina Amilqızı, Bizim.Media
![Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI](https://bizim.media/file/articles/2023/06/01/1685609916_msg1185176306-38656.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:59 / 01.06.2023
Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI
Hazırda oxunan: Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI
Hazırda oxunan: Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI
139108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.