"BTB Kapital İnvestisiya Şirkəti" ötən ili ciddi zərərlə başa vurdu – HESABAT 

Hazırda oxunan: "BTB Kapital İnvestisiya Şirkəti" ötən ili ciddi zərərlə başa vurdu – HESABAT 

135402

"BTB Kapital İnvestisiya Şirkəti" ASC 31 dekabr 2022-ci il tarixindən il üzrə “Mənfəət və ya zərər və digər məcmu gəlir” haqqında illik hesabatını açıqlayıb.  

Bizim.Media xəbər verir ki, “BTB Kapital” ötən ili ciddi zərərlə başa vurub. Belə ki, ötən il ərzində əldə edilən əməliyyat gəlirlərinin ümumi məbləği 891.586 manat  təşkil edib.

Halbuki, 2021-ci ilin eyni dövründə bu gəlir 1.111.630 manat olub. Bir il ərzində şirkətin gəlirlərində 220.044 manat, və ya 2,45 faiz azalma baş verib.  

Qeyd edək ki, əldə edilən gəlirlərin  234.031 manatı işçi heyəti ilə bağlı xərclərə, 280.051 manatı kommersiya xərclərinə, 2520 manatı agent xərclərinə, yerdə qalan 320.213 manatı isə digər əməliyyat xərclərinə sərf olunub.
Cəmi əməliyyat xərclərinin ümumi məbləği 836.815 manat təşkil edib. Bu da onu göstərir ki, bütün xərclərdən sonra şirkətin ümumi gəliri 54.771 manat  olub.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO