Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda əsir saxlanılan əsgərlərimizə qarşı cinayət İŞİ AÇILDI - FOTO
Bildirilib ki, güya H. Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib.
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Qarakilsə (Sisyan) rayonunun Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Zəngəzur rayonunda saxlanılıb və 2 yerli sakin tərəfindən vəhşicəsinə döyülüb. Bununla bağlı sosial şəbəkələrdə çox saylı video və fotolar yayılıb.
Bizim.Media