Müğənni Aynur Dadaşova həmkarı Niyam Salamidən küsüb.
Bizim.Media xəbər verir ki, bu haqda Aynur Dadaşova qonaq olduğu “Xəbər ətər” verilişində danışıb.
Sənətçi bildirib ki, restoran açdıqdan sonra heç bir həmkarı içi Niyam Salami qarışıq onu təbrik etməyib:
“İnsanların pis günündə olmağa çalışıram. Yaxşı olanda hamı bir-birinin yanında olur. Müqavilə əsasında mənə iş təklif olundu. İclas oldu, “yox” deyə bilmədim. Adətən görmüşük ki, dost, tanış yığır təbrik edib, xeyr-dua verir. Bu sözləri sənət dostlarımdan çox eşitmək istəyirdim. Bilim ki, onların qəlbindəki nədir. Amma şou-biznesdə heç kim mənə zəng vurub demədi ki, Aynur xeyirli, ruzulu olsun. Restoranımda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, meyxanaçı Namiq Qaraçuxurlunun konsertlərini keçirtmək, hamını orada görmək istəyirəm. Məndə xainlik, paxıllıq yoxdur. Heç kimə artıq söz deməmişəm və haqqında nəsə danışmamışam.
Bunlara vaxtım yoxdur. Niyam yenə də mənim dostum, canımdır. Ona hörmətim böyükdür, gözəl ürəyi var. Niyam istəyir ki, hamıya yaxşı olsun. Amma ondan dost olaraq "Aynur xeyirli olsun. Gəlib mən də sənin restoranında çıxış edim" sözlərini eşitmək istəyirdim.
Sənin də, mənim də ruzunu Allah verir. Məni sevən tamaşaçılar dinləmək üçün məkanıma gəlir. Heç kim məni dost dediyim insanla düşmən edə bilməz. Qulağa çox söz deyirlər. Sözləri şişildirmiş vəziyyətdə çatdırırlar. Amma buna inanmaq lazım deyil. Hər şeyi dəqiqliklə bilib, sonra addım atmaq lazımdır. Düşmən dediyim insanla dost ola bilmərəm”.
A.Dadaşovanın sözlərinə görə, onu bundan sonra sevənləri başqa məkanlarda deyil, yalnız yeni açdığı restoranda görüb, eşidə biləcəklər:
“Müqavilə bağladığım üçün başqa məkanlarda mən çıxış etməyəcəyəm. Yalnız öz məkanımda olacağam. Müqavilə bitəndən sonra başqa məkanlarda da çıxış edə biləcəyəm”.
Rəşad Əliyev, Bizim.Media