Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu ilə müğənni Roza Zərgərli Qazaxıstan Respublikasının Karaqanda şəhərində keçirilən beynəlxalq musiqi festivalında bir araya gəlib.
Bizim.Media xəbər verir ki, sənətkar “Türksoy” Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunan gecədə məşhur “Позвони” (Zəng elə) mahnısını ifa edərkən, xanım müğənni kulisdən səhnəyə çıxaraq, onunla rəqs edib.
Həmin anları isə Roza sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media