Mikayıl Cabbarov: Varşavada Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir

Mikayıl Cabbarov: Varşavada Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir

Hazırda oxunan: Mikayıl Cabbarov: Varşavada Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir

120897

İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviakla görüşüb. 

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan-Polşa əlaqələrinin genişləndiyini, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin tərəfdaşlığın inkişafında rolunu vurğulayıb.

Qeyd edib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün müvafiq tədbirlər görür. 
Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. 

Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO