Gənc boksçuların Azərbaycan çempionatında qaliblər BƏLLİ OLDU

Gənc boksçuların Azərbaycan çempionatında qaliblər BƏLLİ OLDU

Hazırda oxunan: Gənc boksçuların Azərbaycan çempionatında qaliblər BƏLLİ OLDU

110986

Gənc oğlan boksçular arasında Azərbaycan çempionatı davam edir. 58 komandanın 175 boksçusunun iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

Bizim.Media xəbər verir ki, 13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib.

Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Bununla yanaşı, yeniyetmə və gənc, həmçinin qadınlar arasında Azərbaycan çempionatında final qarşılaşmaları baş tutub. Döyüşlərin yekununa əsasən ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.
Qeyd edək ki, birincilikdə final görüşləri bu gün keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 13:00-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO