Bakıda maşın 4 avtomobilə çırpıldı – Yaralılar var

Bakıda maşın 4 avtomobilə çırpıldı – Yaralılar var

Hazırda oxunan: Bakıda maşın 4 avtomobilə çırpıldı – Yaralılar var

106629

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. 

“Nissan” markalı avtomobil yüksək sürətlə Sübhan Xəlilovun idarə etdiyi “BMW”yə cırpılıb. İdarəetmədən çıxan avtomobil ardınca yol kənarında dayanmış “Qazel”ə, sonra isə “Chevrolet” və “Hyundai”ya dəyib. “Nissan” yalnız bardürə çırpıldıqdan sonra dayana bilib.

S.Xəlilov bildirib ki, “Nissan”ın sürücüsü narkotik maddənin təsiri altında olub. O, xəsarət alaraq xəstəxanaya aparılıb. S.Xəlilov “Nissan”ın sürücüsünün narkotik müayinədən keçməsini tələb edib. Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində Azadlıq prospektindən Binəqədi istiqamətinə gedən yolda tıxac yaranıb. Polis əməkdaşları hərəkəti tənzimləyir. Qəza ilə bağlı avtotexniki ekpertiza təyin edilib.

Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO