“Rusiya Lukaşenkoya qarşı sui-qəsd planlaşdırır” – Belarusu müharibəyə cəlb etmək PLANI 

“Rusiya Lukaşenkoya qarşı sui-qəsd planlaşdırır” – Belarusu müharibəyə cəlb etmək PLANI 

Hazırda oxunan: “Rusiya Lukaşenkoya qarşı sui-qəsd planlaşdırır” – Belarusu müharibəyə cəlb etmək PLANI 
106461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kreml Belarus ordusunun Ukraynaya qarşı müharibəyə cəlb edilməsi üçün radikal variant planlaşdırıb”.  

Bizim.Media xəbər verir ki, bu barədə Robert Lansinq İnstitutunun analitikləri bildiriblər. 

Onların fikrincə, Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkonu aradan götürmək və onun ordusuna nəzarəti ələ keçirmək barədə düşünür. 

“Rusiya hərbi rəhbərliyindəki mənbələr Kremlin artıq Lukaşenkonu aradan götürmək barədə qərar qəbul etdiyini təsdiqləyiblər. Kreml, sui-qəsd cəhdi uğursuz olsa belə, Lukaşenkonun qətlində “NATO kəşfiyyatının rəhbərliyi ilə Ukrayna və Polşanın iştirakı”nın olmasına dair uydurma sübutlar təqdim etməyi planlaşdırır. Bu vəziyyət formal olaraq Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə gələcək iştirakına səbəbiyyət verəcək”, - deyə məqalədə qeyd olunub.  

İddialara görə, Rusiya kəşfiyyatı artıq əməliyyat zamanı Lukaşenkonun öldürülməsi ssenarisi üzərində işləyir. 

Ehtimallara görə, Lukaşenkonun yerini KTMT-nin hazırkı baş katibi Stanislav Zas tutacaq.  

Digər ehtimala görə isə, Rusiya Belarusda təxribatlar törətməklə Lukaşenkonu postundan uzaqlaşdıra bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO