“Bəlkə də İlham Əliyev olmasaydı, bunlar Qarabağı çoxdan vermişdilər”x9d
Keçmiş
daxili işlər naziri İsgəndər Həmidov “Hürriyyət”x9d qəzeti və Moderator.az saytına
müsahibə verib. Onunla söhbəti oxuculara təqdim edirik:
-İsgəndər bəy, nazir olduğunuz vaxt Bəxtiyar
Vahabzadənin sizə yazdığı iddia olunan məktubu üzə çıxıb. Məktubda yer alan iddialara
münasibətinizi bilmək maraqlı olardı.
-Mənim nəinki hər ay, hər gün Bəxtiyar
Vahabzadənin ailəsiylə təmasım var. Bəxtiyar Vahabzadəni mən hər zaman
ağsaqqalım və Milli Azadlıq Hərəkatında özümə örnək bilmişəm və bu gün də onu
bir ağsqqalım kimi rəhmətlə xatırlayıram. Mən Bəxtiyar müəllimin şeirlərinin təsiri
altında Milli Azadlıq Hərəkatına gəlmişəm. Rəhmətliyin həyat yoldaşı da əvəzsiz
insandır və onunla da vaxtaşırı zəngləşirik, danışırıq. Bilirsiniz ki, bu gün əziz
gündür, Türkçülük Bayramıdır. Ona görə də səhər yerimdən qalxıb əvvəlcə gedib qəbiristanlıqda
Əbülfəz bəyi, Bəxtiyar Vahabzadəni, Sara Qədimovanı, Üzeyir bəyi, Xəlil Rzanı
ziyarət etmişəm, oradan da Şəhidlər Xiyabanındakı, eləcə də Türk Şəhidliyindəki
qardaşlarımızı - şəhidlərimizi ziyarət edib sizinlə görüşə gəlmişəm. Bəxtiyar
müəllim nə deyibsə düz deyib, nə edibsə millətin yaxşılığı üçün edib. Bəxtiyar
qeyri adi-şəxsiyyət olub və Bəxtiyar zirvəsinə çatmaqdan ötrü ən azı onun
keçdiyi keşməkeşli həyat yolundan yetərli məlumatlı olmaq, onun kimi ən çətin məqamda
belə mərd kişi olmağı bacarmaq lazımdır. Qaldı ki, guya onun arxivindən mənimlə
bağlı hansısa məktubunun mətbuata sızdırılmasına, deyim ki, mənimlə bağlı Bəxtiyar
müəllimin arxivində min dənə məktublar var. Niyə onlardan birini verməyiblər?
Amma bilməyənlərə deyim ki, Bəxtiyar müəllim ölüm ayağında da mənim xahişimi
edib. Əməliyyat stolunda ola-ola Heydər Əliyev onun yanına gedəndə mənim
xahişimi edib. Bundan öncə isə mənim azad olunmağımla bağlı Heydər Əliyevə Açıq
Məktub da yazıb və bu, mediada da yayımlanıb vaxtilə. Deməyim odur ki, Bəxtiyar
müəllim həmişə mənə bir övladı kimi baxıb və aramızda ata-oğul münasibətinə bərabər
bir səmimi ünsiyyət olub. Mənə elə gəlir ki, yəqin Bəxtiyar müəllimin alisəi həmin
məktubu çap edənlərə cavab verəcəklər.
-Bu barədə heç Bəxtiyar müəllimin ailəsiylə
aranızda söhbət olmadı ki?
-Heç nə
deməmişəm. Heç narahatçılığım da yoxdur. Çünki onun xanımı və övladları mənim o
kişiyə olan münasibətimi təfsilatıyla bilirlər. Çıxıb mətbuata nəsə deyib - deməmələri
də önəm kəsb etmir. Əsas odur ki, Allah, bir də ki, mən və onlar həqiqətin
harda olduğunu bilirik deyə nigarançılığım yoxdur. Sizə
sual verirəm, üstündən 23 il keçdikdən sonra məhz türkçülük bayramı ərəfəsində
bu məktubun üzə çıxarılması sizcə təsadüfdürmü? Hər dəfə bizim millətçilər bir
balaca aktivləşən kimi olmayan yerdən bir əmma uydurub tapır, mediaya ötürürlər.
Özü də həmin məktubu tirajlayanlar heç fərqində də deyillər ki, bununla məni
yox, Bəxtiyar müəllimi vurur, onun ruhun narahat edirlər. Yəni Bəxtiyar daxili
işlər nazirinin yanına gəlmək istəyib, daxili işlər naziri Bəxtiyarın qəbuluna
getməyib. Şair heç kəsin yanına getməz, şairin yanına gedərlər. Yeri gəlmişkən,
şeir söyləməyi sevməsəm də bayaq Fəxri Xiyabanda qəbirləri ziyarət edərkən Bəxtiyar
müəllimin məzarı üstə qəfildən mərhum kəlbəcərli şair Qəmkeş Allahverdinin bir
şeiri yadıma düşdü və qeyri-ixtiyarı onu elə Bəxtiyarın məzarı başında dilə gətirdim:
Bir
gün meyl etdim qəbiristanlığa
Orda
zaman qışdır, dövran yatıbdı.
Sanki
pıçıldayır hər məzar daşı
Şair,
asta yeri, insan yatıbdı...
Elə
orda da dedim ki, kaş sağ olaydın, özün cavab verəydin bunlara. Özü sağ olsaydı,
kimsə buna cürət etməzdi. Yəqin ki, ailə üzvlərindən kimsə
nə vaxtsa cavab verəcək. Bəxtiyar müəllimin mənim haqqımda 10-dan çox şeiri var
və bunları şəxsən mənə oxuyub. Bəxtiyar müəllim mənim yanıma heç vaxt icazə ilə
gəlməyib. (Burada İsgəndər bəy mətbuatda getməsini istəmədiyi bir epizodu
danışır və nazir olarkən onu ilk dəfə necə qarşılayıb yola salmasından bəhs edir.
Gerçəkdən çox təsirli səhnədir, amma oxucular məni bağışlayar...-Z. H.) Mən Bəxtiyar
müəllimin paltosunu tutmuşam, qoymamışam köməkçisi tutsun. Özü də mən həmişə Bəxtiyar
müəllimi naziriliyin giriş qapısında şəxsən qarşılamışam. Yəni adam
yollamamışam ki, qarşılasın, özüm getmişəm qarşılamağa.
-Yanınıza hansı məsələlərlə bağlı gəlirdi?
-Gəlin
bu suala da cavab verməyim. O bir millət sevdalısıydı. Onun bəzi qayğıları və
narahatçılıqları da vardı.
-Heç
olmasa birini deyin.
-Təsəvvür edin, bir dəfə gəlmişdi ki, bir
qohumunu işə qoymuşduq, dedi Ay İsgəndər, onu ora niyə qoymusan, o işləyə bilməz
orda. Dedim narahat olmayın, kömək edəcəyik işləyəcək. Deməyim odur ki, onda
belə xüsusiyyətlər də vardı. Sözümün canı odur ki, onu məmləkətdə hər kəsdən, hətta
doğma övladlarından da artıq sevən, zamanında hörmətini saxlayan bir adam
haqqında belə şeyləri yazmaq yaramaz.
-Bu gün Türkçülük günüdür. Türk dünyası bayram
ovqatındadırmı? Bu boyda dərd-səri olan bir
toplumun bayram yadına düşürmü? Heç olmasa bu gün türk dünyası ayaqdadırmı?
- Bu
gün bütün dünyada türklərə qarşı bir amansız basqı var. Təsəvvür edin ki,
dünyada kimlər islam haqqında, türkçülük haqqında mənfi obrazda bir cızmaqara
yazırsa onu yazana hətta Nobel mükafatı da verirlər. Yəni bu nifrət xristian
dünyasından qaynaqlanır və Türkün nəyə qadir olduğunu bilən qərb ideoloqları
onun bir daha dirçəlməsinə imkan vermək istəmirlər. Dərd burasındadır ki, türk
məmləkəti olan Azərbaycanda türklərə başqı daha eybəcər forma alıb. Belə getsə,
deyildiyi kimi 20-30 ildən sonra Azərbaycanda türklərin müdafiə komitəsi
yaratmaq zərurəti yaranacaq. Türklər bu gün ayaqda deyillər, amma onu da
dost-düşmən bilir ki, bu məmləklət türk məmləkətidir. Bu heç də o demək deyil
ki, bununla başqa millətləri aşağılayırıq. əsla. Biz heç vaxt heç bir millətin
qüruruna toxunmadıq, onun dəyərlərinə, dini etiqad azadlığına həqarət etmədik, əksinə,
aşırı hörmətlə yanaşdıq.
-Niyə dünya türklərinin qorunmasında
mənəvi borcu olan Türkiyə Cümhuriyyəti öz missiyasını doğru-dürüst yerinə
yetirməkdən boyun qaçırır? Başqa türk cümhirriyyətlərini və toplumlarını bir kənara
qoyaq, Azərbaycandakı türklərin hüquqlarının zorlanmasına göz yumurlar...
-Türkiyədə
çox mürəkkləb siyasi proseslər gedir. Bir zaman yadınızdadırsa Türkiyədə
türkçülük dalğası qalxdı, amma bu prosesin güclənməsindən qorxan antitürk güclər
bu prosesi tormozladılar. Bir də ki, Türkiyə cəmiyyəti ilə bu ölkədə hakimiyyətdə
olanları bir-birindən ayırmaq lazımdır. Hakimiyyətdə olanlar ifrat demokratiya,
ifrat dinçilik, məzhəbçilik, təriqətçilik baxışlarına qəribə yanaşma səırgiləməkdədirlər.
Hətta bəziləri dedi ki, biz türk deyilik, türkiyəliyik. Amma mən Türkiyənin içini
bilən adamam və əminəm ki, Türk milləti öz sözünü deyəcək, sadəcə geci-tezi
var. Şəhidlər Xiyabanındakı türk şəhidliyini ziyarət edəndə də mən qürur və qəhərin
təsiri atında idim. Yəni həm adamın ürəyi dağa dönür ki, biz bir millətik və
tarixin ən çətin dönəmlərində bir birimizin qardaş harayına, dadına çatdıq,
“uf”x9d demədən qanımızı - canımızı verdik, həm də nifərtlə xatırlayırsan ki, axı
bir millətin cocuqlarını niyə bu qədər ayrı saldılar, bu gün də parçalamaq üçün
dürlü-dürlü məkrli ssenarilər qururlar. Keçmişdə deyirmişlər ki, Xəzər dənizinin
səviyyəsi qalxanda məmləkətdə türkçülük da qalxır, enəndə də isə tənəzzül
dövrünə qədəm qoyur. Yadınızdadırsa bir müddət öncə Xəzər yenə də qalxmışdı,
onda türkçülük meydan suladı, indi aşağı düşüb deyə səsimiz haqq etdiyimiz yerlərdən
gəlmir.
-Niyə ki, iki türkün səsi haqq etdiyi
torpaqlarda qurulmuş namərd zindanlarından gəlir. Biz onlara yetişə bilməsək, o
səsin hənirtisinə doğru irəli durmasaq da. İndi mətbuatda bəzi iddialar
tirajlanır ki, guya onları azad etmək üçün alternativ üsusllara baş vurulub...
-Üç qardaşımız-Şahbaz, Dilqəm, Həsən öz dədə-baba
yurduna getmişdi. Azərbaycan iqtidarı həmişə bəyan edir ki, Kəlbəcər
bizimkidir, biz Dağlıq Qarabağ adlı respublika tanımırıq. Əgər Azərbaycan dövləti
və ordusu öz ata-baba yurdundakı məzarlarını ziyarət etməyə gedənləri müdafiə
edə bilmirsə, deməli Kəlbəcər hələ bizimki deyil. Yəni boş-boş bəyantlardan
imtina edib Kəlbəcəri və yolumuzu intizarla gözləyə digər Vətən torpağını azad
etmək üçün müqəddəs savaşa başlamalıyıq. Dilqəmgil girov götürüləndə ilk
açıqlamanı da elə sənə vermişdim ki, onları danışıqlar yolu ilə azad etməyi
düşünürksə onlardan indidən əlimizi üzməliyik. Onları ermənilərin qandığı dillə
danışaraq geri qaytarmaq olar. Qaldı ki, bu xəbərləri mən də eşitmişəm ki, Dilqəmgili
azad etmək üçün başqa yollara baş vurulub. Əgər İlham Əliyev belə bir göstəriş
veribsə, alqışlayıram. Məndən ötrü Dilqəmlə Şahbazın azadlığı hər şeydən
üstündür. Dövlət öz gücünü göstərsə, onları azad etmək məncə mümkünsüz də deyil.
Dövlətin gücü onun keçirdiyi hərbi və antiterror əməliyyatlarında bilinir.
-Dövlət də Rusiyanın qorxusundan
həmin əməliyyatlara başlamağa ehtiyyat edir...
-Rusdan qorx, farsdan qorx, ingilisdən,
amerikandan, ermənidən qorx, onda bu torpaqları biz necə geri qaytaracağıq ki? Azərbaycanın
gələcəyi, onun bir dövlət kimi özünü təsdiq etməsi və dünyada gerçək söz sahibi
olması ancaq millətin yarısı batsa belə hərbi əməliyyatdan, işğalçının burnunun
ovulmasından keçir ki, bu millətin hisləriylə oynamaq istəyənlər öz yüklərini
götürsünlər. Bu gün ermənilərin danışıqlardakı ritorikasını görəndə
damarlarımda qan donur. Əgər biz bircə rayonu hərbi yolla azad etsək, ermənilərin
ritorikası tamam dəyişəcək.
-Bir neçə gün öncə deputat Elman
Məmmədov bir maraqlı fikir işlətdi ki, həmsədr demək doğru deyil, danışıqlar 4
üstəgəl bir prinsipi ilə aparılır, yəni hər üç həmsədr də ermənilər tərəfindən
çıxış edir.
-Biz indi də, 10-20 il öncə də həmişə dedik
ki, ay Azərbaycan hakimiyyəti, bu cür oyuncaq həmsədrlikdən, ikibaşlı vasitəçilikdən
imtina etmək lazımdır. Əgər bu gün Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb
həmsədrlikdən imtina etdiyini bəyan etsə, inanın ki, gəlib İlham Əliyevin
ayağına düşəcəklər. Amma yeri gəlmişkən, bir həqiqəti də demək lazımdır ki, Qarabağ
məsələsində bu hakimiyyətdə ən möhkəm dayanan və prinsipiallıq nümayiş etdirən
də təkcə İlham Əliyevin özüdür. Bəlkə də İlham Əliyev olmasaydı, bunlar
Qarabağı çoxdan vermişdilər. Məlumatlardan da bu qənaətə gəlmək olur, onun
danışıqlarından da. Bəli, biz yaxşıya həmişə yaxşı demişik....
Ardı
var...































































































