Əlikram Hümbətov erməni radiosuna müsahibə verdi

Əlikram Hümbətov erməni radiosuna müsahibə verdi

Hazırda oxunan: Əlikram Hümbətov erməni radiosuna müsahibə verdi

30297
Özünü separatçı Talış-Muğan Respublikasının prezidenti elan edən, Azərbaycan vətəndaşlığından çıxarılan və hazırda Hollandiyada yaşayan Əlikram Hümbətov işğal olunmuş Şuşa şəhərindən yayımlanan Talış radiosuna müsahibə verib.    
Erməni mediasının verdiyi məlumata əsasən, 20 illik susqunluğunu pozan Hümbətov Şuşadan talışlar üçün radionun yayımlanmasını müsbət addım kimi dəyərləndirib. Öz separatçı çıxışına sadiq qalan Hümbətov radionun yaradıcısı olan ermənilərə talış xalqını düşündüklərinə görə təşəkkür etməyi də yaddan çıxarmayıb.    
1993-cü ildə TMRin elan edildiyi günlərdən söz açan Ə.Hümbətov, özünü qondarma respublikanın legitim prezidenti adlandırıb və sağ olduğu müddətdə belə qalacağını iddia edib. Müsahibə zamanı özünü Talışıstanın lideri kimi qələmə verən Ə.Hümbətov talışları birləşməyə çağırıb.   
Qeyd edək ki, müsahibə İran Dövlət Teleradiosunun Rəştdən yayımlanan talış xidmətində də efirə verilib. Ermənilər isə bunu guya etirazla qarşılayaraq, İran tərəfini Şuşada yayımlanan Talışıstanın səsi radiosundan bunun üçün müvafiq icazənin alınmamasında ittiham ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO