Fəaliyyətdə olan diasor təşkilatlarımızda əsasən həmyerlilərimizə rast gəlməyə adət etmişik. Ancaq sevindirici haldır ki, bəzən təşkilatlarımızda başqa millətləri də görmək mümkündür. Beləki xaricdə yaşayan soydaşlarımız yaşadıqıarı ölkənin insanlarında ölkəmizlə bağlı maraq oyadır və onlarla birlikdə təşkilatlar yaradır, təşkilatlarına cəlb edirlər. Belə təşkilatlardan biri də Niderlandda yaşayan həmyerlimiz, jurnalist Vüqar Abbasovun rəhbərlik etdiyi “Connect”x9ddir. Müsahibimiz Niderlandda fəaliyyət göstərən “Connect”x9d təşkilatının katibi Vim van Embdendir (Wim van Embden). Bizə də maraqlıdır ki, Vim nə üçün bu təşkilatda təmsil olunur? Bu və digər bu kimi suallarla onun özünə müraciət etdik.
- Vim, özünü Azərbaycan oxucularına necə təqdim edərsən?
- Mən, Vim van Embden 1959 ”“ cu ildə Niderlandda dünyaya gəlmişəm. 1990 ”“ cu ildə ildə Rotterdam çəhərindəki Erasmus universiteti hüquq ixtisası üzrə bitirmişəm. Çox müxtəlif işlərdə çalışmışam. 1995-2009 ”“ cu illərdə Kurasavoda yaşamış və 2009 ”“ cu ildə yenidən Niderlanda dönmüşəm. Hazırda Niderland Qaçqınlarla İş Üzrə idarədə və Niderland statistika idarəsində çalışıram. Ailəliyəm, bir övladım var.
- Nə üçün “Connect”x9də qatıldınız? Sizi Azərbaycana nə bağlayır?
- (Gülümsəyir) Mən “Connect”x9din yaradıcılarındanam. Artıq bir neçə ildir ki, Vüqarla (“Connect”x9d dəki həmkarı) bir yerdə işləyirdim və onunla vaxtaşırı Azərbaycanla, xalqınızla bağlı söhbətlər edirdik. O, belə söhbətləri çox sevir (gülümsəyir). Bilirsiniz ki, indi Avropada və həmçinin Niderlandda çoxsaylı qaçqınlar var və onların yardıma ehtiyacları var. Biz də qərara gəldik ki, bir təşkilat yaradaq və o zaman Vüqar təşkilatı həm də bir diaspor təşkilatı olaraq yaratmağı təklif etdi. Səbəbini də belə izah etdi ki, bu vasitə ilə həm də öz Ana Vətəninə (biz niderlandlılar Ata Vətən deyirik - Vim) xidmət etmiş olar. Biz də öz növbəmizdə buna razılıq verdik və beləcə “Connnect”x9d yarandı.
- Planlarınız nədir və nə etməyi düşünürsüz? Təbii ki, bizi Azərbaycanla bağlı planlarınız maraqlandırır.
- Öncə onu qeyd edim ki, təşkilat yeni yaradılmasına baxmayaraq artıq bizi yaşadığımız ərazidə çoxları tanıyır. Bir çox görüşlər keçirtmişik ki, onlar barədə hələlik mətbuata məlumat vermək istəmirik. Son iki ayda yerli mətbuatda təşkilatımızla bağlı bir neçə yazı gedib, Vüqarın radio ilə 20 dəqiqəlik çıxışı oldu. Bu yazı və çıxışlardan sonra elektron poçtumuza yetərincə məktublar daxil oldu və insanlar bizim təşkilatla maraqlanmağa başladılar. Təbii ki, bu bizi sevindirir. Ancaq deyim ki, biz niderlandlılar, xüsusən bizim bölgənin insanları bu kimi məsələlərdə tələskənliyə yol verməyi sevmərik. Bunu mən bir niderlandlı kimi bilir və ona görə də gələcəkdə sıralarımızın daha da genişlənəcəyinə ümid edirəm. Bundan başqa, hər halda məlumatınız olar ki, bir müddət öncə Niderlandda bir tədbir keçirildi və sizin işğalda olan ərazinizdən, Dağlıq Qarabağdan da bir nəfər ora deputat kimi qatılmışdı. Həmçinin Niderland parlamentin bir deputatının adı da tədbirə qtılanlar sırasında idi. Bilirsiz, Niderland demokratik bir ölkədir. Ona görə də biz kiməsə nəyisə etməyi qadağan edə bilmərik, təbii ki, Niderland qanunları çərçivəsində. Ancaq bu demokratiya mənə və burda yaşayan hər kəsə də öz sözünü demək hüququ verir və mən də öz hüququmdan istifadə edərək öz adımdan sözü gedən tədbirin keçrildiyi Amsterdam Azad Universitetinə, Niderlanddan olan millət vəkilinə etiraz məktubları göndərdim. Mən bunu ona görə etdim ki, inanıram ki, bu məsələdə ədalət sizin tərəfinizdədir, Vüqar məni buna inandıra bilib.
Planlara gəlincə onu deyə bilərəm ki, planlarımız genişdir. Kütləvi tədbirlərə çox üstünlük verməyi düşünmürük, ancaq bu heç də o anlamda deyil ki, kütləvi tədbirlər təşkil etməyəcəyik. Qeyd etdiyim kimi, biz niderlandlıların xarakterlərinə uyğun olan tədbirləri təşkil etməyə və orda Azərbaycan həqiqətlərini çatdırmağa çalışacağıq. Bir niderlandlı kimi mən bunu necə etməli olduğumuzu bilirəm (gülümsəyir). Yerli mətbuat və siyasət adamları ilə işləməyə çalışacağıq ki, sizin həmyerliniz və indi həm də mənim həmyerlim Vüqarın bu işdə təcrübəsi və ən əsası istəyi var. Ola bilər ki, Niderland dilində bir internet qəzet də başlayaq. İki ölkənin arasında iqtisadi əlaqələr yaratmağa çalışacağıq, həm iş, həm də siyasət adamlarının qarşılıqlı səfərlərini təşkil etməyi düşnürük. Eyni zamanda Azərbaycanda da tədbirlər təşkil etməyi planlaşdıdırıq...
- Yeri gəlmişkən, Azərbaycanda olmusunuzmu?
- Təəssüf ki, yox. Mənim Azərbaycanla bağlı bilgilərim çox deyildi, digər bir çox niderlandlı kimi. Ancaq mən çox istərdim ki, ölkənizə gələ, onu və sizləri daha yaxından tanıya bilim. İnanıram ki, orda olsam və xalqınızı daha yaxından tanısam, bu mənə imkan verər ki, Azərbaycanı Niderlandda daha yaxşı təqdim edim. Hələlik mənim məlumatım Vüqarın mənə danışdıqlarından, internet üzərindən göstərdiyi videolardan və bir də Azərbaycanın Niderlandda fəaliyyət göstərən səfirliyinin əməkdaşlarının mənə Azərbaycanla bağışladığı kitabdan öyrəndiklərimlə məhdudlaşır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, məmuniyyətlə ölkənizə gəlmək istəyirəm.
Elnur Eltürk



































































































