Göyçayda qəza törədən maşın alışıb yandı – VİDEO

Göyçayda qəza törədən maşın alışıb yandı – VİDEO

Hazırda oxunan: Göyçayda qəza törədən maşın alışıb yandı – VİDEO

257059

Göyçayda avtomobil idarəetmədən çıxaraq əvvəlcə işıq dirəyinə çırpılıb, ardınca isə alışaraq yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Hacalıkənd kəndi ərazisində qeydə alınıb.
 

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə dəyib, daha sonra fərdi yaşayış evinə çırpılıb. Nəticədə avtomobildə anidən yanğın baş verib.


Hadisə yerinə Göyçay rayon polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Bununla yanaşı qəza nəticəsində elektrikin verilişində fasilələr yaranıb. Faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO