Lənkəranda QƏZA: Maşında sıxılıb qalan şəxs belə xilas edildi – VİDEO  

Lənkəranda QƏZA: Maşında sıxılıb qalan şəxs belə xilas edildi – VİDEO  

Hazırda oxunan: Lənkəranda QƏZA: Maşında sıxılıb qalan şəxs belə xilas edildi – VİDEO  

203667

Lənkəran rayonu, Vilvan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. 
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü G.Hüseyinlini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO