Solovyov Belqorod sakinlərinin istəklərini “iyrənc isteriya” adlandırdı - VİDEO

Hazırda oxunan: Solovyov Belqorod sakinlərinin istəklərini “iyrənc isteriya” adlandırdı - VİDEO

184188

Rusiyanın qalmaqallı jurnalisti və teleaparıcısı Vladimir Solovyov Belqorodun atəşə tutulmasından şikayət edən və kömək istəyənləri təhqir edib. 

Bizim.Media xəbər verir ki, bu haqda isə Vladimir aparıcısı oladuğu “Rusiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində danışıb. 

Solovyovun sözlərinə görə, Belqorod sakinlərinin istəkləri “iyrənc isteriya”dır.

“Özünü bloger kimi qələmə verən çoxlu sayda müxtəlif məxluqlar yazdı ki, federal hakimiyyət Belqorodu unudub, insanlara kömək etsin, heç nələri yoxdur. Moskva gəzərkən, Belqorod ölür, bunların hamısı iyrənc isteriyadır”, - deyə V.Solovyov vurğulayıb. 
Aparıcının bu fikirlərinə isə cavab olaraq isə sosial şəbəkələrdə Belqorod sakinləri onu gülləkeçirməz jiletlə şəhəri gəzməyə dəvət ediblər.
 



Rəşad Əliyev,Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO