Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb - VİDEO 

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb - VİDEO 

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb - VİDEO 

148834

 2023-cü tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Keçirilən mərasimlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib və maddi-tədris bazaları yoxlanılıb. Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarda idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib və yeni tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılıb. 
Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər. Çıxışların ardından şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO