Ən gözəl qadınların işlədiyi peşələr - FOTO

Ən gözəl qadınların işlədiyi peşələr - FOTO

Hazırda oxunan: Ən gözəl qadınların işlədiyi peşələr - FOTO
3924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gözəl qadınlar hər zaman diqqət mərkəzində olur.

Bizim.Media “Business İnsider”- in hesabatlarına görə bildirir ki, cəlbedici və gözəl qadınlar daha bacarıqlı və ağıllı olurlar. İstənilən peşələrdə gözəl qadınlara rast gəlmək mümkündür. Lakin sırf olaraq gözəl qadınların işləməli olduğu bəzi peşələr var.

Hava yolları ilə səyahət etdiyiniz zaman, stüardessalardan ibarət bir heyət tərəfindən müşaiət edilirsiniz. Bu peşə sahiblərinin əksəriyyəti bildiyiniz kimi gözəl qadınlar olur. Uçuşun müddətindən aslı olmayaraq stüardessalar uçuş müddətində hər zaman gözəl makyajda olur, səliqəli və gümrah görünürlər.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 1


Rəhbər vəzifədə çalışanların əksəri çox zaman öz şəxsi köməkçilərini də gözəl qadınlardan seçirlər. Çünki iş görüşmələrinə, tədbirlərə gedərkən yanlarında gözəl qadın olmasını istəyirlər.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 2


Hollivud inanılmaz dərəcədə gözəl qadınlarla doludur. Rejissorlar qeyri-adi gözəlliyə malik qadınları filmlərə çəkməyə daha üstünlük verirlər. Hollivud ulduzlarının bir çoxu incə gözəlliyə və çox insaın arzuladığı bədən quruluşuna sahibdirlər.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 3


Həmçinin işə götürən şəxslər inzibatçıların gözəl görünməsinin mütləq olduğunu düşünürlər. Çünki bu işçilər ofisin girişində olduqları üçün müştərilərin binaya daxil olduqda gördükləri ilk şəxslərdir. Həmin şəxslərdə xoş təəssürat yaratmaq üçün gülərüz və cəlbedici birini işə götürmək istəyirlər.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 4


Bikini modelləri də ən gözəl qadınlardan seçilir. Bir çox qadınlar onların sadəcə üz cizgilərinə deyil həmçinin bədən quruluşlarına da həsəd aparırlar. Əslində sağlam qidalanmaq və idmanla məşğul olmaqla bu bədən quruluşuna sahib olmaq mümkündür.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 5


İdman yarışlarında rinqlər arasında raundları təqdim edən qadınlar da ən gözəl qadınlar hesab olunur. Hakim tərəfindən raundlar açıqlandığı vaxtda gözəl xanımların rinqə çıxaraq yeni gedişi elan etməsi hamıda maraq doğurur. Bunun səbəbi testosteronla dolu idman zalına, biraz da estrogeni əlavə etməkdir.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 6


Məktəb illərini xatırladıqda, tədris metodları ilə fərqlənən müəllimlər var idi. Lakin düzünə qalsa, cəlbedici və gözəl müəllimlər daha çox yadda qalırdı. Müəllimlik də gözəl qadınların çoxluq təşkil etdiyi peşə sahəsidir.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 7


Televiziyadan hava proqnozlarını izləmək heç də maraqlı deyil. Maraqlı və daha baxımlı verilişin alınması üçün televiziyalarda gözəl qadınları işə cəlb edirlər.


Ən gözəl qadınların işlədiyi peşələr - FOTO - foto 8



Aliyə İlyas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO