“Bunu reallaşdırmaq şansı getdikcə azalır” –  Ramiz Həsənoğlu ekran əsərindən danışdı

“Bunu reallaşdırmaq şansı getdikcə azalır” – Ramiz Həsənoğlu ekran əsərindən danışdı

Hazırda oxunan: “Bunu reallaşdırmaq şansı getdikcə azalır” – Ramiz Həsənoğlu ekran əsərindən danışdı
250847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Xalq yazıçısı Mövlud Süleymanlı ötən gün Moderator.az-a açıqlamasındaxa0 maraqlı detala toxunub. O, rejissor, Xalq artisti Ramiz Həsənoğlu tərəfindən ekranlaşdırılan “Fatehlərin divanı” teletamaşasının cəmi 4 seriyasının çəkildiyini, əslində isə 30 seriya olmalı olduğunu bildirib. Müəyyən səbəblərdən yerdə qalan 26 seriya çəkilməsə də onların hamısı bu gün Xalq yazıçısındadır:

“Radioda işlədiyim dönəmdə nəsr əsərləri yazmasam da, xeyli ssenarilər qələmə aldım. Məsələn, “Fatehlərin divanı” silsiləsi üçün 30 ssenari yazdım. O da Türkiyənin TGRT kanalı ilə birgə çəkildi. Əlbisələri onlar vermişdilər. Cəmi 4 seriya çəkildi. Lakin 30 seriya olmalı idi və hətta ən yaxın dövrlərə qədərki tarixi qəhrəmanlara da orada yer ayırmışdıq. Şah İsmayıl Xətayi, Sara Xatun, Uzun Həsən də olacaqdı... O ssenerilərin hamısı bu gün məndə var. Ən məhsuldar və fəal vaxtımda hamısını yazmışam.


Bəs, həmin 26 seriyanın gələcəkdə çəkilmə ehtimalı nə qədərdir? “Fatehlərin divanı”nın cəmi 4 seriyasını çəkməklə o zaman böyük rezonans yaradan Ramiz Həsənoğlu hazırda ssenari müəllifində olan ssenarilərin gələcəkdə ekranlaşma şansını necə görür?

Ramiz Həsənoğlu Moderator.az-a verdiyi açıqlamasında bu suala ətraflı cavab verib:



“Ümumiyyətlə, onu deyək ki, “Fatehlərin divanı”nınxa0 vahidxa0 ideyasıxa0 var idi. Harada başlayıb, harada bitəcəyi əvvəldən məlum idi. Biz düşünürdük ki, Əmir Teymurdan başlanan tarixi xronika XX əsrin ortalarına qədər gəlib çıxmalı və Mir Cəfər Bağırovda qurtarmalı idi.
Azərbaycanın, onun dövlətçilik tarixinin, tale məsələləri burada öz əksini tapmalı idi və tapmışdı da.
Həmin 26 seriyanın ssenarisinin nə dərəcədə hazır olub-olmadığını mən özüm bilmirəm. Bunu, Mövlud Süleymanlı –ssenari müəllifi daha yaxşı bilər.
O ki qaldı Fatehlərin divanı”nınxa0 davamının ekranlaşdırılmasına, yerdə qalan seriyalarının çəkilişinə, düşünürəm ki, bunun reallaşmaq şansı getdikcə azalır. Çünki biz onu çəksəydik , indiyə qədər çəkərdik. Yox çəkməmişiksə, deməli bitdi. Təbii ki, çox təəssüf...
Mən çox arzu edərdim ki, “Fatehlərin divanı” tam halı ilə çəkiləydi. Amma kim bilir, bəlkə də elə bir məqam gələr və bu ideya maraqlı görünər, bunun da reallaşmasına imkan yaradar”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO