“Oqtay müəllim də fani dünyamızı tərk etdi... O, uşaqlıq illərimizin qəhrəmanı idi. Bilirsinizmi niyə? Çünki biz uşaqları çox düşünərdi. Bizim üçün bəstələyərdi. Elə davranışları da uşaq kimi idi: pak, saf, billur”x9d.xa0

Moderator.az xəbər verir ki, bu sözləri xalq artisti Azərin sevilən uşaq mahnılarının müəllifi, bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatından danışarkən bildirib.xa0
Azərin daha sonra xalq artisti ilə bağlı bir xatirəsini də bölüşüb:xa0
“Heç vaxt unutmayacağım bir hadisəni danışmaq istəyirəm. Günlərin bir günü bir proqrama dəvət almışdım. Yanılmıramsa 2003-cü il idi. Çəkiliş məkanına gələndə gördüm ki, Oqtay müəllim də proqramda qonaqdır. Biz proqrama münsif kimi dəvət almışdıq. İstedadlı balaca uşaqları seçmək lazım idi. Uşaqlar müxtəlif mahnılar oxuyurdular. Amma heç biri uşaq mahnısı oxumurdu. Ağzını açan “Depresyondayım”x9d deyirdi. Sonunda Oqtay müəllim ayağa qalxdı və otağı tərk etdi...
Çox üzülmüşdü. İllərini musiqiyə, bəstəkarlıq məktəbinə, biz uşaqların tərbiyəli, mənəviyyatlı, vətən sevgisiylə yetişməsinə həsr edən insan incimişdi hamımızdan”x9d.xa0
Xalq artisti sonda ölməz bəstəkarımıza Allahdan rəhmət diləyib:
“Uşaqlar cəmiyyətimizin aynasıdır. Düşünürəm ki, cəmiyyətimiz isə illərdir depresiya yaşayır. Ümid edək ki, bir gün silkələnib özümüzə gələrik. Balalarımız yenidən ana laylaları eşidər. Yenidən Oqtay Zülfüqarovun, Əfsər Cavanşirovun, müasir bəstəkarlarımızdan Məryəm Əlibəylinin və s. uşaq mahnılarıyla tərbiyə olunar.xa0
Oqtay müəllim, Allah sizə rəhmət eləsin. Məkanınız olsun. Siz tək mənim yaddaşımda deyil, Azərbaycan musiqi tarixində yaşayacaqsınız!”x9d
Rumiyyə
































































































