Tutuquşu ilə mübahisə etdiyinə görə qonşular polis çağırdı  - MARAQLI

Tutuquşu ilə mübahisə etdiyinə görə qonşular polis çağırdı - MARAQLI

Hazırda oxunan: Tutuquşu ilə mübahisə etdiyinə görə qonşular polis çağırdı - MARAQLI

133466
Kanadada kişi ilə tutuquşu arasında mübahisə edən evə qonşular polis çağırdılar.

Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətində, Brayton şəhərində bir kişini az qala tutuquşuya görə həbs edəcəkdilər.xa0

Belə ki, bir evin sakinləri divarın arxasında dəhşətli fəryadları eşidərək polisi çağırıblar. Qonşu hiddətlə qışqırır və həyat yoldaşını qətlə yetirəcəyi ilə hədələyirmiş. Hüquq - mühafizə orqanlarının əməkdaşları hadisə yerinə bir neçə dəqiqə ərzində gəliblər, ancaq evdə zorakılıq qurbanını aşkar etməyiblər.

- Biz mənzildə tutuquşusunun üzərinə qışqıran bir kişini yaxaladıq. Onun sözlərinə görə, quş dən yeyirdi, - polis əməkdaşı bildirib.
Hüquq - mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi spirtli içki qəbul edirmiş. Ancaq tutuquşuya real zərər verməyib.

Bu hadisə ilk belə hal deyil. Amsterdamda polis qapını qıraraq, “zorakılıq qurbanı”x9d-nı xilas etməyə çalışıb, lakin mənzildə opera ariyaları oxuyan bir kişini aşkar ediblər...

Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO