"Bəxt üzüyü"nün Sevdası ölümündən əvvəl ad gününü keçirib - FOTO

Hazırda oxunan: "Bəxt üzüyü"nün Sevdası ölümündən əvvəl ad gününü keçirib - FOTO

88998

Xəbər verdiyimiz kimi, "Bəxt üzüyü"nün Sevdası, aktrisa Firəngiz Rəhimbəyova ötən gün vəfat edib.

Bizim.Media xəbər verir ki, aktrisa avqustun 7-də ad gününü qeyd edib. 

62-ci yaşına qədəm qoyan Firəngiz fotolarını sosial şəbəkə hesabında paylaşaraq “Mənə gözəl ad günü arzuları göndərmək üçün vaxt ayıran hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Həyatımda hamınızın olduğu üçün çox xoşbəxtəm” sözlərini yazıb.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova infarktdan dünyasını dəyişib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO