Aysun ərindən DANIŞDI:

Aysun ərindən DANIŞDI: "Eşqinin həm Bakıda, həm də Moskvada biznesi var" - VİDEO

Hazırda oxunan: Aysun ərindən DANIŞDI: "Eşqinin həm Bakıda, həm də Moskvada biznesi var" - VİDEO

84371

“Həyat yoldaşım Eşqinlə Bakıya köçdük. Buraya yaşamağa qərar verdik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

İyunun 30-da Eşqin Cəlilovla ailə quran sənətçi onun həm Moskvada, həm də Bakıda biznesinin olduğunu açıqlayıb. 

“Eşqini işindən ayırmamışam. Moskvada işlərini davam etdirir. O, ara-sıra ora gedib-gəlir. Həyat yoldaşımın Bakıda əlavə biznesi də var. Bir sözlə Eşqin iş adamıdır”. 

Verilişin aparıcısı Zaur Kamalın “Eşqinlə qohumsunuz?” sualına A.İsmayılova belə cavab verib:

“Eşqinin 28, mənim də 24 yaşım var. Biz qohum deyilik amma yerliyik. Eyni eldənik. Ailə dostlarıyıq”. 

Qeyd edək ki, cütlük Bakıya köçdükdən sonra Aysun paytaxtın mərkəzində şəxsi butik-atelye açıb. Beləcə adını “şou-biznesin iş xanımları” sırasına yazıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO