Şakira azərbaycanlı fotoqrafa pozlar verdi - FOTO

Hazırda oxunan: Şakira azərbaycanlı fotoqrafa pozlar verdi - FOTO

184577

Dünya pop səhnəsinin ulduzu Şakira ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlı fotoqrafın obyektivi qarşısına keçib.  

Bizim.Media xəbər verir ki, müğənnin şəklini çəkən fotoqraf Nika Vəkilova sosial şəbəkə hesabında paylaşıb.  

Şakiranın pərəstişkarı olduğunu söyləyən Nika onun fotolarını çəkməyi hər zaman arzuladığını yazıb: 

“Yadımda qalan müddət ərzində onun inanılmaz istedadının böyük pərəstişkarı olmuşam. Onunla işləmək mənim arzum idi və nəhayət, o gün gəlib çatdı. Şakiranın yenicə buraxılmış “Las Mujeres Ya No Lloran” (Qadınlar Artıq Ağlamaz) albomundan “Entre Parentesis” adlı ən son musiqi videosunun pərdəarxası şəkillərini paylaşmaqdan hədsiz dərəcədə həyəcanlıyam. Xəyal qurmağı heç vaxt dayandırma”. 

Qeyd edək ki, Nika Vəkilova “Karvan” qrupunun təsisçiləri Sevinc Kərimova və Mikayıl Vəkilovun qızıdır.  













Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO