Leonardo Di Kaprio modellə gizlincə NİŞANLANIB? - FOTO

Hazırda oxunan: Leonardo Di Kaprio modellə gizlincə NİŞANLANIB? - FOTO

184553

Bir müddət əvvəl müğənni Teyana Teylorla “flört” edərkən görüntülənən 49 yaşlı aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio sevgilisi, 25 yaşlı italiyalı supermodel Vittoria Ceretti ilə birlikdə paparassilərə tuş gəlib.  

Bizim.Media xəbər verir ki, cütlük Los-Ancelesdəki “Yucas”da birlikdə nahar edib vz ilə bağlı şayiələri daha da artırıb.   

Vittoria restoranda yemək sifariş edərkən sevgilisini qucaqlayanda barmağındakı üzüyü gizlətməyib. Yeri gəlmişkən, Di Kaprio “burritosunu” (qiymə ət, qızardılmış lobya, düyü, pomidor, avokado və pendir kimi müxtəlif içliklərə bükülmüş yumşaq lavaşdan ibarət Meksika yeməyi – red.) onunla bölüşüb. 
 

Deyilənlərə görə, aktyorun çoxdan qızlara iki nəfərlik yemək sifariş etmək vərdişi var. 


Qeyd edək ki, Di Kaprio ilə dövrün ən uğurlu modellərindən biri olan Vittoria Cerettinin münasibəti ötən ilin mayında Kannda birlikdə görüntülənən zaman məlum olub. Avqust ayında cütlük Rikkardo Tisçinin ulduzlarla dolu ad gününə qatılıb və Santa Barbarada birlikdə gəzərkən, daha sonra isə İbizada öpüşərkən paparassilərin obyektivinə tuş gəlib.  
 

Əgər Vittoriyanın barmağındakı üzük həqiqətən də nişan üzüyüdürsə, bu Hollivud aktyoru üçün ilk, gəlini üçün isə ikinci evlilik olacaq. Yeri gəlmişkən, iyunda 26 yaşı tamam olacaq Vittoria Ceretti “Anyma” təxəllüsü ilə tanınan DJ Matteo Milleri ilə evli olub. 2020-ci ildə evlənən cütlük ötən ilin iyununda modelin Di Kaprio ilə romantikası başlayan kimi o, ərindən ayrılıb. 


Di Kaprio qadınlarla görüşməyə gəldikdə şübhəli bir reputasiyaya sahibdir. Belə bir nəzəriyyə var ki, aktyor 25 yaşdan yuxarı qızlarla görüşmür.  






Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO