Van Dammın gəlini Avropada anası ilə belə dincəlir – FOTO

Hazırda oxunan: Van Dammın gəlini Avropada anası ilə belə dincəlir – FOTO

184102

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə anası ilə bağlı diqqətçəkən paylaşımlar edib. 

Bizim.Media xəbər verir ki, uzun müddətdir valideynini görə bilməyən Suada onunla Latviyanın Liqa şəhərində görüşüb. 

Şəhəri gəzib dolaşan ana-bala bərabər çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Şəkillər arasında Riqanın memarlıq abidələri, muzeylər və tarixi binalar yer alıb. 

Xatırladaq ki, bir neçə həftə əvvəl Suada bədii gimnastika üzrə dünya və Avropa çempionatının finalçısı olan bacısı Selcan Hacızadə ilə Litvanın paytaxtı Vilnus şəhərində görüşüblər. 
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 


















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO