Oksanadan həmkarı Ziyaya: "Sən başqasan və özəlsən" - FOTO

Hazırda oxunan: Oksanadan həmkarı Ziyaya: "Sən başqasan və özəlsən" - FOTO

182860

Aktrisa Oksana Rəsulova həmkarı Ziya Ağa ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sənət dostunun doğum günü olduğunu yazaraq, onu təbrik edib.

"Dəyərlisən Ziya... Nə yaxşı ki, səni tanıdım - həm dost, həm sənət yoldaşı, həm də xətri əziz olan insan kimi... Uğurlarımız, gələcək planlarımız, işlərimiz xeyirli və çin olsun. Sən başqasan, peşəkar, sənətkar və ən əsası özəlsən. Allah səni və ailəni qorusun. Yarat Ziya həm həyatda həm səhnədə, həm də ekranda...", - deyə Oksana vurğulayıb.

Qeyd edək ki, Oksana və Ziya "Geri dönənlər" bədii filmində tərəf müqabili olublar.




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO