Vəfa Zeynalova əməliyyat olunub – VİDEO 

Hazırda oxunan: Vəfa Zeynalova əməliyyat olunub – VİDEO 

182729

Əməkdar artist Vəfa Zeynalovanın sağlamlığında problemlər yaranıb. 

Bizim.Media xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkə hesabında məlumat yayıb. 

Vəfa bir müddət əvvəl səhhətində yaranan narahatlığı aradan qaldırmaq üçün cərrahi əməliyyat keçirdiyini bildirib.

Zeynalova videoaçıqlamasında hazırkı vəziyyətini belə nəql edib:

“Yaşamaq gözəldir. Yaşamağı, həyatdan zövq almağı sevirəm. Kiçik bir problemim oldu, həkimlər tez bir zamanda mənim bu problemimi həll etdilər. Əməliyyat olundum və ondan sonra həyəcanlı anlar başladı. Bilirsiniz ki, Patologiya Mərkəzinin cavabını gözləmək üçün 1 ay 20 gün vaxt lazımdır. Amma mənim cavabım tez gəldi, 3 günə hazır oldu. Cavab müsbət idi”. 
V.Zeynalova videoaçıqlamasında müalicəsi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə təşəkkürünü bildirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO